Bu gecə Xarkovda Milli Qvardiya şəhəri bombardman edərkən vurulan qırıcının pilotunu ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının sədri Oleq Sinequbov bildirib.
“Rus pilotu Voronejdə yerləşən aviasiya alayının komandir müavinidir. Təcavüzkar Rusiyanın dinc Ukrayna əhalisinə qarşı törətdiyi cinayətlərin əsas iştirakçılarından və şahidlərindən biridir. Şəxsən İzyum və Balakleya arasında üç dəfə uçuş həyata keçirib”, - Sinequbov qeyd edib.
Vurğulanıb ki, təyyarəsinin iki pilotu olub və hər ikisi sağdır. Məlumata görə, digər pilot hələ də şəhərdə gizlənməyə nail olub və onun yaxalanması üçün axtarışlar davam edir.