10 Mart 2022 09:23
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresi Ukraynaya 13 milyard dollardan çox yardımı təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi 13,6 milyard dolların aysberqin yalnız görünən hissəsi olacağını söyləyib.

Qərarın dərhal qəbul edildiyi bildirilir. Deputatlar Rusiyanın səbəbsiz hücumu fonunda Ukraynaya dəstək nümayiş etdirməyə çalışıblar.

Məlumata görə, Ukraynaya yardım Rusiya qoşunlarına qarşı mübarizədə Silahlı Qüvvələrə dəstək və vətəndaşlara, o cümlədən təxminən 1,5 milyon qaçqına humanitar yardım göstərmək üçün nəzərdə tutulub.


Müəllif: Nemət

Oxşar xəbərlər