Britaniyadan olan 2000 nəfərə yaxın şəxs İŞİD terror təşkılatına qoşularaq İraq və Suriyada döyüşür.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu məlumatı Britaniya parlamentinin üzvü Xalid Mahmuda istinadən "The Telegraph" qəzeti yayıb.
"Hakimiyyət əmindir ki, Birləşmiş Krallıqdan olan cihadçıların sayı 500 nəfərdir. Lakin əslində Britaniyadan olan "İslam dövləti" tərəfdarlarının sayı bundan 3-4 dəfə çoxdur. Hesab edirəm ki, Britaniyadan İŞİD-ə qoşulan terrorçuların sayının 2000 nəfər olması daha realdır", — siyasətçi bildirib.
Nihad