15 Mart 2022 14:27
2 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətlə çıxış edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali məlumat verib.

Uali bildirib ki, Tokayev martın 16-da Qazaxıstan parlamenti palatalarının birgə iclasında xalqa müraciət etməyi planlaşdırır.

O qeyd edib ki, ölkə rəhbərinin çıxışı yeni siyasi islahatlar proqramının həyata keçirilməsinə və yaxın gələcəkdə nəzərdə tutulan bir sıra sosial-iqtisadi tədbirlərə həsr olunacaq.

Tokayev bundan əvvəl ictimai müzakirələrin meydanlardan və sosial şəbəkələrdən parlamentə keçirilməsinə çağırıb. O, bəyan edib ki, Qazaxıstan parlamenti təkcə deputatların fikirlərinə yer verməməli, həm də ictimai dinləmələrə və müzakirələrə əl atmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər