Rusiya Ukrayna meşələrinin kütləvi şəkildə qırılmasını planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, meşələrin qırılması Rusiya müdafiə naziri Sergey Şoyqunun şəxsən Prezident Vladimir Putinə ünvanladığı məktubunda bəhs edilir.
Sənəd Ukraynanın meşələrinin, ağaclarının, kollarının və yaşıllıqlarının tam kəsilməsinə icazə almaq məqsədi daşıyır.
Kəşfiyyatın məlumatında deyilib ki, mülkiyyət formasından və əldə edilən istənilən intensivlikdə və istənilən yaşda kəsmə planlaşdırılır.
Eyni zamanda məktubda bildirilir ki, Rusiyanın ehtiyacları üçün istifadə olunmayan odunlar satılacaq və əldə edilən gəlir ordunun dəstəklənməsinə yönəldiləcək.
Ukrayna Müdafiə Nazirliyindən verilən məlumata görə, bu gün istisnasız olaraq müvəqqəti işğal olunmuş ərazilərdəki bütün meşələr ən yüksək risk zonasındadır: “Meşələrin tamamilə qırılması işğalçıların daha bir dəhşətli cinayətidir”.