Keniya ordusu Əl-Şəbab terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlara başlayıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Keniya prezidentinin müavini Villiam Ruto məlumat verib. Onun sözlərinə görə, əməliyyatlar nəticəsində 100 terrorçu öldürülüb. Ruto təşkilata aid çoxlu sayda zirehli texnikanın məhv edildiyini də bildirib.
Qeyd edək ki, ötən gün səhər saatlarında Mandira şəhərindən paytaxt Nairobidə avtobusa edilən hücum nəticəsində 30 keniyalı öldürülüb.
Samir