17 Mart 2022 11:18
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və törətdiyi terror aktlarında iştirak edən erməni terrorçular indi Rusiya ordusunun sıralarında Donbasda Ukraynaya qarşı döyüşmək üçün müraciət ediblər.

Teleqraf.com xəbər verir ki, “Erməni qartalları” terror qruplaşması bu məqsədlə Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Dəstə başçısı Xaçik Asryan Moskvanın Ermənistandakı səfiri Sergey Kopırkinə məktub təqdim edib.

Bir müddət əvvəl təşkilatın rəsmi səhifəsində dəstənin 44 günlük müharibədə Azərbaycana hərbi, iqtisadi və mənəvi dəstək olan Ukraynaya qarşı döyüşə hazır olduğu barədə məlumat yayılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər