22 Mart 2022 22:14
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) bütün qurumları və üzv ölkələri hesab edir ki, Avropa enerji təchizatı məsələlərində daha müstəqil olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında deyib.

"Biz Aİ olaraq enerji məsələlərində daha müstəqil olmalıyıq. Bu, bütün qurumların və üzv dövlətlərin ümumi mövqeyidir", - kansler vurğulayıb.

O.Şolts əlavə edib ki, Almaniyanın Rusiyadan neft və qaz idxalına qoyulan embarqo ilə bağlı mövqeyi dəyişməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər