Kiyev regional hərbi administrasiyasının verdiyi məlumata görə, son sutka ərzində Rusiya qoşunları tərəfindən yaşayış massivləri və sosial infrastruktur obyektlərinə 30-dan çox atəş qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Kiyev regional administrasiyası müharibənin bütün dövrü ərzində Kiyev vilayətinin 69 icmasından 34-də dağıntı qeydə alınıb ki, bu da 49,2% təşkil edir.
Ümumilikdə 500-dən çox obyekt vurulub.
Eyni zamanda, Buça, İrpen, Qostomel, Borodyanka, Makarov və Velikodimersk icmalarına ciddi ziyan dəyib.
Hazırda Kiyev vilayəti üzrə ən təhlükəli ərazilər Jitomir şossesi, Buça-İrpen-Qostomel, Nemeşaevo,Dmitriev,Makarov,Vışqorod hesab olunur.
Həmçinin Barışevskaya, Kalityanskaya və Velikodymerskaya icmalarının bəzi yaşayış məntəqələrinin əraziləri.
Belotserkovski, Borispol və Obuxov rayonlarında vəziyyət nəzarət altındadır.