29 Mart 2022 14:41
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynanın azad edilmiş ərazilərini müdafiəsiz qoymayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Krım regionundan olan senator, Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü Sergey Tsekov bildirib.

“Ukraynanın azad edilmiş əraziləri qorunacaq. Bu ərazilərdə yaşayan əhalinin müdafiəsini təmin etmədən heç kim getməyəcək”, - deyə Tsekov RİA Novosti-yə bildirib.

Onun sözlərinə görə, Ukraynada xüsusi əməliyyat ölkənin demilitarizasiyası və denasifikasiyası da daxil olmaqla qarşıya qoyulan bütün məqsədlərin tam şəkildə yerinə yetirilməsinə qədər davam edəcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər