29 Mart 2022 15:46
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada xüsusi hərbi əməliyyatın birinci mərhələsinin əsas tapşırıqları yerinə yetirilib və bu müddət ərzində Ukrayna Silahlı Qüvvələrinə xeyli ziyan dəyib”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı keçirilən konfransda deyib.

“Əvvəla, Rusiya silahlı qüvvələrinin Ukrayna ərazisində xüsusi hərbi əməliyyatının gedişi haqqında danışacam. Ümumiyyətlə, əməliyyatın birinci mərhələsinin əsas tapşırıqları yerinə yetirilib. Ukrayna silahlı qüvvələrinin döyüş potensialı əhəmiyyətli dərəcədə azaldılıb. Bu da bizə diqqətimizi və səylərimizi əsas məqsədə - Donbasın azad edilməsinə yönəltməyə imkan verir”, - o deyib.

Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə ciddi ziyan dəyib: “Havada üstünlük qazanılıb. Hərbi-hava qüvvələri və hava hücumundan müdafiə sistemi praktiki olaraq məhv edilib”.

O bildirib ki, əməliyyat başlayana qədər Ukrayna Silahlı Qüvvələrinin döyüş tərkibində olan 152 təyyarədən 123-ü, 149 helikopterdən 77-si, 180 uzaq və ortamənzilli hava hücumundan müdafiə sisteminin 152-si məhv edilib: “Ölkənin dəniz qüvvələri öz fəaliyyətini dayandırıb. Quru və hava-desant hücum qüvvələrinin bütün birləşmələri əhəmiyyətli itkilərə məruz qalıb”.

Şoyqu deyib ki, Ukraynada xüsusi hərbi əməliyyat qarşıya qoyulan məqsədlərə çatana qədər davam edəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər