ABŞ Prezidenti Co Bayden Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Türkiyədə aparılan danışıqlarla bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Amerika lideri bu məsələni avropalı tərəfdaşları ilə müzakirə etdiyini bildirib.
“Atacaqları addımları (Rusiyanın) görmədən heç nə deyə bilmərəm. Dediklərini edəcəklərmi, görəcəyik. Türkiyədə danışıqlar oldu. NATO-dakı tərəfdaşlarımız Fransa, Almaniya və İngiltərənin liderləri ilə də danışdım. Rusların təklifinin nə olacağı ilə bağlı fikir birliyi var”, - Bayden deyib.
Bayden Rusiyaya qarşı sanksiyaların və Ukraynaya müdafiə yardımlarının davam etdiriləcəyini vurğulayıb: “Gəlişmələri yaxından izləməyə davam edirik”.