Rəsmi Moskva Ankaradan Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın görüşünün keçirilməsi ilə bağlı mesaj alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
“Rəsmi Moskva Ankaradan Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın görüşünün keçirilməsi ilə bağlı mesaj alıb. Rusiya Lavrov-Kuleba görüşündən imtina etməyəcək, amma danışıqlar məzmunlu olmalıdır”, - XİN-in açıqlamasında deyilib.