25 Noyabr 2014 13:04
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin paytaxtı Qahirədə 6 mərtəbəli bina çöküb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlarda hadisə nəticəsində 12 nəfərin öldüyü, xeyli insanın isə yaralandığı bildirilir. Yaralananlar isə təcili yardım maşınları ilə bölgədəki xəstəxanalara qaldırılıb.

Rəsmilər yaralıların vəziyyətinin ağır olması səbəbilə ölü sayının artacağını istisna etmir. Şahidlər isə binanın zirzəmisində çayxananın da fəaliyyət göstərdiyini və çöküntülər altında çox insanın qaldığını qeyd edirlər.

Hadisə yerinə çoxlu sayda xiasetmə briqadaları cəlb edilib.

Samir


Müəllif: