Suriya rejiminə aid döyüş təyyarələri İŞİD-in nəzarəti altında olan Rakka şəhərini bombalayıb.
Teleqraf.com-un Türkiyənin "Sabah" qəzetinə istinadən xəbərinə görə, hadisə zamanı aralarında qadın və uşaqların da olduğu 87 adam ölüb.
"Əl Cəzirə" yerli qaynaqlara istinadən bildirib ki, döyüş təyyarələri Rakkaya hücum zamanı vakkum bombalarından istifadə edib. Fərqli bölgələrə təşkil edilən ən azı 10 hava hücumu zamanı 87 nəfər ölüb, xeyli adam yaralanıb.
Hücumlar zamanı bombalar mülki əhalinin yaşadığı ərazilərə düşüb. 15 bina və 1 məscid dağılıb, 1 məscidə isə ziyan dəyib.
Nihad