Başa düşürəm ki, Rusiyanın bir nömrəli məqsədi Zelenskinin sonunu gətirməkdir. Buna baxmayaraq fevralın 24-dən hücumlar başlayanda Kiyevi tərk etmədim.
Teleqraf.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski onun həyatına 10 sui-qəsd cəhdi edildiyini təsdiqləyib.
“10 o qədər də çox deyil. Düşünürəm ki, Rusiya prezidentinin dünya ölkələrinin onların siyasətinə münasibətinə görə daha çox problemləri var. İnsanların zirzəmilərdə oturması, insanlara işgəncə verilməsi, ukraynalıların quyularda tapılması ilə müqayisədə mənim vəziyyətim o qədər də qorxulu deyil”, - Zelenski bildirib.
“Kiyevdən evakuasiya tərəfdaşlardan gələn təkliflər idi. Həm də Ukrayna daxilində insanlar mənə təhlükəsizlikdən danışır, digər siyasi düşərgələrdən də bunun zəruri olduğunu deyirdilər. Çünki prezident olmasa Ukrayna öz institusionallığını itirə bilər. Və buna görə təhlükəsiz yerə getməliyəm, getməyim daha yaxşıdır, çünki prezidentliyi itirə bilərsən, paytaxt Kiyev işğal olunacaq. Coxlu müxtəlif təhlükəsizlik təklifləri var idi, amma getməyi ağlıma belə gətirmirdim. Bilirdim ki, belə bir addım bizim dövlətimizi qala halına gətirməyəcək”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, fevralın 24-də Rusiya hərbçiləri Ukrayna Prezident Aparatına basqın etməyə cəhd ediblər. Müharibənin ilk saatlarında rus qoşunları Ukrayna hökumət məhəlləsinə çataraq Prezident Aparatına basqın etməyə cəhd etdilər. O vaxt Vladimir Zelenski birinci xanım Yelena Zelenskaya və onların uşaqları ilə birlikdə binada olub. Rus qruplarının məqsədi Vladimir Zelenski və ailəsini öldürmək və ya ələ keçirmək olub. Hökumət məhəlləsi ətrafında atışma başlayıb. Mühafizəçilər içəridəki işıqları söndürüb, Zelenski və onun köməkçilərinə gülləkeçirməz jiletlər və pulemyotlar veriblər.