Gürcüstanda koronavirusla bağlı rəsmi statistik məlumatlar gündəlik şəkildə artıq dərc olunmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Bundan sonra COVID-19 infeksiyasına yoluxma, sağalma və ölümlə bağlı göstəricilər çərşənbə axşamı olmaqla həftədə bir dəfə ümumiləşdirilərək açıqlanacaq.
Qeyd edək ki, hazırkı dövrədək Gürcüstanda koronavirusa 1 655 221 nəfər yoluxub. Onların 1 637 293-ü sağalıb, 16 811-i isə vəfat edib.