Mariupol şəhərindəki “Azovstal” zavodunun ərazisindəki bütün mülki şəxslər təxliyə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib.
“Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb”, - o deyib.