Rusiya rəhbərliyi Ukraynada hərbi əməliyyat keçirməsinə bəraət qazandırmaq cəhdi ilə tarixi təhrif etməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Avropada müharibə yenidən qızışdıqca, öz ambisiyalarını irəli sürmək üçün tarixi yaddaşı manipulyasiya etməyə çalışanlarla mübarizə əzmini artırmalıyıq. Müttəfiqlərin nasistlər üzərində qələbəsi kollektiv qəhrəmanlıq və fədakarlığın qələbəsi kimi qiymətləndirilməlidir”, - Blinken qeyd edib.