Ukrayna Prezidenti Volodimir Zelenskinin Almaniya Kansleri Olaf Şolzu Qələbə günü (9 May) üçün Kiyevə dəvət etmək qərarı görülməmiş təxribatdır.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın “Die Welt” qəzetindəki məqaləsində jurnalist Elis Şvartser yazıb.
O, Zelenskinin Almaniyaya qarşı siyasətini “şübhəli” adlandırıb.
“Təəssüf edirəm ki, Zelenski təxribat törətməkdən əl çəkmir. Ukraynanın daha təmkinli tonunu eşitmək istərdim”, - Şvartser deyib.
Jurnalist alman elitasının Kiyevə silah verməkdən imtina etməsi ilə bağlı alman hakimiyyətinə tələbi də xatırladıb. O, müvafiq müraciəti 250 minə yaxın insanın imzaladığını bildirib.
Şvartserin sözlərinə görə, açıq məktub Ukraynanın silahlandırılması məsələsi ətrafında müzakirələri bütün gücü ilə alovlandırıb: “Çünki bu cür həyati vacib məsələlər haqqında danışmaq lazımdır”.
Zelenski bundan əvvəl Almaniya kanslerini cəsarətli addım atmağa və mayın 9-da Kiyevə səfər etməyə çağırıb.
“Bunun mənasını izah etmirəm, düşünürəm ki, bunun səbəbini başa düşmək üçün kifayət qədər savadlısınız”, - Ukrayna prezidenti bildirib.
Şolz əvvəllər Kiyevə gəlməkdən imtina edib. O, buna səbəb kimi Zelenskinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri qəbul etmək istəməməsini göstərib.