BMT-nin İnsan Haqları Şurası rus qoşunlarına qarşı iddia edilən hərbi cinayətlərin araşdırılmasına dair qətnaməni böyük səslə dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, söhbət müharibənin əvvəlində Rusiya hərbçiləri tərəfindən Kiyev yaxınlığında və Ukraynanın digər bölgələrində törədilmiş cinayətlərdən gedir.
Şuraya üzv olan 33 ölkə istintaqın lehinə, 12-si bitərəf qalıb, Çin və Eritreya Ukraynanın təqdim etdiyi qətnamənin əleyhinə səs verən yeganə ölkə olub.
Keçən ay Rusiya Ukraynada qanunsuzluq iddialarına görə BMT-nin İnsan Haqları Şurasından çıxarılıb.