Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev anti-Rusiya sanksiyaları və “Amerika mərkəzli dünya ideyasının iflası” nəticəsində bir sıra böhran və münaqişələrin olacağını proqnozlaşdırıb.
Teleqraf.com xəbər verir ki, Medvedyev özünün Teleqram kanalında Rusiya Federasiyasına qarşı sanksiyaların nəticələrinin dünyada enerji, logistika, qida və digər böhranlara səbəb olacağını bildirib.
“Nəticədə de-fakto, sonra de-yure mövcud reallıqların tanındığı yeni təhlükəsizlik arxitekturası yaradılacaq: a) “qaydalara əsaslanan nizam” kimi qərbləşmiş beynəlxalq münasibətlər konsepsiyalarının zəifliyi və digər mənasız Qərb zibilləri; b) Amerika mərkəzli dünya ideyasının süqutu; c) Qərb dünyası ilə münaqişənin kəskin mərhələsində olan ölkələrdə dünya ictimaiyyətinin hörmət etdiyi maraqların olması”, - Medvedyev yazıb.