13 May 2022 20:42
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçin NATO-ya üzvlüyünə müsbət baxmaması Rusiya üçün pozitiv məqamdır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Viktor Nadeyn-Raevski deyib.

“Bu, Türkiyənin müəyyən mənada Rusiya ilə münasibətləri gərginləşdirmək istəmədiyini göstərir. Bu, Türkiyənin siyasətində bizim üçün müsbət məqamdır. Eyni zamanda, Türkiyə hakimiyyəti Rusiyanın bu narahatlığını NATO-nun genişlənməsi kontekstində yaxşı anlayır”, - Nadeyn-Raevski qeyd edib.

Bununla yanaşı ekspert vurğulayıb ki, Türkiyə beynəlxalq müstəvidə istənilən addımı ata bilir, bu zaman da öz maraqlarını ön planda tutur.

Ekspertin sözlərinə görə, Türkiyə hətta NATO çərçivəsində belə öz maraqlarını heç kəsə qurban vermir və bu mövqeyindən geri çəkilmir.

Bundan əvvəl Ərdoğan Türkiyənin Finlandiya və İsveçin NATO-ya qəbulu ətrafında gedən prosesləri izlədiyini və hələlik buna müsbət baxa bilmədiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər