16 May 2022 17:42
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun genişlənməsinə qarşı təkcə Rusiya mübarizə aparmamalıdır, KTMT ölkələri də vahid cəbhədə çıxış etməlidir.

Teleqraf.com xəbər verir ki, bunu KTMT—nin Moskvada keçirilən yubiley sammitində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko Qərb ölkələri və ABŞ-ı Rusiya ilə danışıqları sabotaj etməkdə ittiham edib.

“Gözləyirdik ki, Qərb və ABŞ Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparmaq təklifindən yararlansın. Gec-tez bu proses onsuz da başlayacaq, ancaq Ukrayna və regionumuzdan nə qalacağı sual altındadır”, - Belarus lideri bildirib.

O, Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləyən Qərb ölkələrini “iblis” adlandırıb.

“Müharibənin uzanması üçün Ukraynaya silah göndərməkdə davam edirlər. Məqsədlər bəllidir - bu müharibədən istifadə edərək Rusiyanı mümkün qədər zəiflətmək. Ya da ola bilsin ki, bunu daha da alovlandırmaq istəyirlər. Bəlkə də Ukraynanın parçalanması da onların maraqlarına daxildir. Sülhməramlılar adı altında Ukraynaya daxil olmaq və onu müdafiə üçün artıq minlərlə birlik yaradılıb”, - Lukaşenko əlavə edib.

Lukaşenko onu da bildirib ki, NATO-nun genişlənməsinə qarşı təkcə Rusiya mübarizə aparmamalı, KTMT ölkələri də vahid cəbhədə çıxış etməlidirlər:

“Əgər biz vahid cəbhə kimi çıxış etsək, sanksiyalar olmayacaq. Baxın, Avropa İttifaqında nə qədər güclü nizam-intizam var. Bu blokun resurslarından istifadə etməyə bizə kim mane olur?”.

Qeyd edək ki, KTMT-yə Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Qırğızıstan, Belarus və Ermənistan daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər