17 May 2022 19:39
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Donbassda hərbi əməliyyatların kritik anında Ukraynanın silah və hərbi texnikasının tükənməsinə imkan verməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu çərşənbə axşamı Aİ diplomatiyasının rəhbəri Xosep Borrell Aİ Müdafiə Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

“İndi müharibə kritik mərhələdədir. Biz imkan verə bilmərik ki, Ukraynada hərbi texnika və silahlar tükənsin”.

Diplomatiya rəhbəri əlavə edib ki, Aİ ölkələrinin Ukraynaya eyni intensivliklə fasiləsiz silah tədarükünü davam etdirmək üçün kifayət qədər resursları var.

Borrell bildirib ki, Aİ-nin mülki məsləhət missiyası sərhəd nəzarəti və müharibə cinayətlərinin təhqiqatına dəstək vermək üçün Kiyevə qayıdıb. “Məsləhətçi missiyamız bu gün Kiyevə qayıtdı. O, Ukrayna hakimiyyətinə sərhəd nəzarəti və hərbi cinayətlərin təhqiqi məsələlərində mülki fəaliyyətlə kömək edəcək”, - TASS Borreldən sitat gətirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər