18 May 2022 10:21
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Mariupolun ələ keçirilməsini mümkün qədər tez elan etmək üçün Ukrayna müdafiə qüvvələrinin Azovstaldan təxliyəsinə razılaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

İnstitutun analitiklərinin fikrincə, Kreml Rusiya ordusunun Severski Donetsk çayını keçə bilməməsi və ümumilikdə işğalın ləng tempi ilə bağlı tənqidləri də yayındırmaq üçün addım ata bilər.

Rusiya Dövlət Dumasının bəzi deputatları “nasizm”də təqsirləndirilən əsirlərin dəyişdirilməsini qadağan edən qanunun qəbulunu tələb edirlər.

“Kreml Rusiya Dövlət Dumasının narahatlığına məhəl qoymur və ya onlardan Ukrayna ilə danışıqları sabotaj etmək üçün istifadə edə bilər”, - məlumatda deyilib.

İnstitut qeyd edib ki, Rusiyada Azovstalın boşaldılması narazılığa səbəb ola bilər. Çünki Rusiyanın təbliğatçıları əvvəllər Azovstala “uğurlu hücumların" olduğunu bildiriblər. Rusların əksəriyyəti Mariupolun müdafiəçilərinin tamamilə yox ediləcəyini gözləyirdi.


Müəllif: Mənsur Rəğbətoğlu