Erməni müxalifəti bu gün səhər saatlarında Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi komandanın istefası tələbi ilə aksiya keçirib.
Teleqraf.com xəbər verir ki, erməni revanşist müxalifəti paytaxt İrəvanın müxtəlif yerlərində küçələri bağlayıb, polis isə nəqliyyat axınını bərpa etməyə çalışıb.
Az sonra “Qırmızı berelilər” etiraz aksiyalarının iştirakçılarını saxlamağa başlayıb. Nümayişçilər qrupuna Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan da daxildir.
Polis ərazidə nəqliyyatın hərəkətini bərpa edə bilib.