19 May 2022 23:13
1 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Təhlükəsizlik Şurası rəhbərinin Rusiya üzrə keçmiş müşaviri Fiona Hill Prezident Vladimir Putinin amerikalı keçmiş həmkarı Donald Trampın mühüm geosiyasi məsələlərdə məlumatsızlığından tez-tez qəzəbləndiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, Hill Putinin Tramp dövründə Ukraynanı işğal etməyə üstünlük vermədiyini, çünki danışıqlar masası arxasında ona hər şeyi demək istəmədiyini bildirib.

O, Rusiya liderinin ABŞ Prezidenti Co Baydenlə ünsiyyətə üstünlük verdiyini və işğalın vaxtını ona uyğun tənzimlədiyini deyib:

“O, Bayden kimi NATO haqqında hər şeyi bilən, Ukraynanın yeri və tarix haqqında bilgiləri olan biri ilə danışıqlar aparmağın doğru olacağını düşünüb”.

Trampın prezidentliyi dövründə iki lider arasında keçirilən danışıqlarda iştirak edən Hill əlavə edib: “Putinin həmişə Trampa hər şeyi izah etmək məcburiyyətində qalmasından necə qəzəbləndiyini görməli idiniz”.

Trampın beynəlxalq məsələlərlə bağlı məlumatsızlığı əvvəllər də dəfələrlə mətbuatda əksini tapıb. ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton deyib ki, Tramp bir dəfə ondan Finlandiyanın Rusiyada olub-olmadığını soruşub. Ağ Evin keçmiş rəsmisi Con Kelli də Trampın ABŞ tarixi ilə bağlı ən sadə şeyləri belə bilmədiyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu