21 May 2022 00:04
3 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna əfsanəvi dünyanın ən böyük təyyarəsi AN-225 “Mriya” nı yenidən bərpa etmək istəyir.

Teleqraf.com xəbər verir ki, yeni təyyarənin tikintisi ən azı 800 milyon dollara başa gələcək.

Ukrayna prezidenti Zelenski bildirib ki, o, Türkiyə prezidentinə ikinci “Mriya”nın tikilməsi təklifi ilə müraciət edib: "Pul tapa bilmədik. Lakin bu, pul məsələsi deyil, ambisiya məsələsidir. Bu, dövlətimizin və bu müharibədə həlak olan bütün mükəmməl peşəkar pilotların imicinə aid məsələdir”, - deyə Zelenski vurğulayıb.

Yeni Mriya həlak olan ukraynalı pilotların xatirəsinə həsr olunacaq.

Qeyd edək ki, Fevralın 27-də Kiyev yaxınlığındakı Qostomel hava limanına rus qoşunlarının hava hücumu nəticəsində Ukrayna istehsalı olan ən böyük və güclü AN-225 “Mriya” təyyarəsi yandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər