Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə NATO və Polşanın Ukraynanın qərbi “işğal” planından danışıb.
Teleqraf.com xəbər verir ki, Belarus lideri Qərbin Ukraynanı parçalamaq üçün hərəkətə keçdiyini iddia edib.
“Ukraynada bəzi gözlənilməz şeylər baş verir. Siz bunu çox yaxşı bilirsiniz. Biz də, siz də narahat olmalıyıq ki, onlar artıq Ukraynanı parçalamaq üçün addımlar atırlar. Onların polyaklara və NATO-ya Qərbi Ukraynanı 1939-cu ildən əvvəlki üsulla işğal etmələrinə kömək edə bilərlər. Bu, bizi təkcə bugünkü təhlükəsizlik baxımından narahat etmir. Bu, onların Qərbi Belarus üçün də strategiyasıdır. Ona görə də biz burada maraqlıyıq”, - Lukaşenko bildirib.
Lukaşenko iddia edib ki, ukraynalılar bunun qarşısını almaq üçün Rusiya və Belarusdan kömək istəyəcəklər:
“Ukraynalılar bizdən qərb və Ukraynanın digər ərazilərinin qoparılmasına imkan verməməyi xahiş etməli olacaqlar. Ukraynanın problemlərini Rusiya və Belarus həll etməli olacaq”.