Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, dünya Türkiyənin hərbi-sənaye kompleksinin məhsullarına, xüsusilə “Bayraktar” pilotsuz təyyarələrinə ikili standartlar tətbiq edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan deyib: “Bu gün Ukraynada şəninə mahnılar oxunan Türkiyə istehsalı olan pilotsuz təyyarələr Qarabağ müharibəsi zamanı günahsız insanlara qarşı istifadə edilən ölüm maşını kimi təhrif edilirdi. Ankaranın beynəlxalq aləmdə üzləşdiyi ikili standartlar Türkiyənin hərbi-sənaye kompleksinin inkişafının düzgünlüyünü təsdiqləyir”.
Onun sözlərinə görə, əgər əvvəllər Türkiyə silah idxalından 80% asılı idisə, bu gün bu rəqəm 30% təşkil edir.
“Müasir Türkiyə 15-20 il əvvəl xəyal edə bilməyəcəyi nəticələrə nail olub. Biz ölkəmiz dünyanın aparıcı silah istehsalçılarının sıralarına daxil olana qədər dayanmayacağıq”, - deyə Türkiyə Prezidenti bildirib.