26 May 2022 11:40
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanı sakitləşdirmək mümkün deyil. Buna güclə cavab vermək lazımdır. Biz Ukraynanın qələbəsini hərbi yardım və sanksiyalarla təmin etməkdə mətanətli olmalıyıq. İndi biz daha geriyə addım ata bilmərik, yalnız irəli getməliyik".

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər naziri Liz Trass deyib.

Liz Trass bildirib ki, Rusiyanın təcavüzünə güc tətbiq edilməlidir və Kremlin sahibi Vladimir Putini “sakitləşdirmək” cəhdləri təhlükəlidir.

Britaniyalı nazir Ukraynaya silah tədarükünün artırılmasını və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsində məğlubiyyətini təmin etmək üçün heç bir geriləməyə yol verilə bilməz.

“Biz Ukraynada uzanan və getdikcə ağrılı münaqişənin inkişafına imkan verməməliyik. Qərb yaxın tarixdən nəticə çıxarmalıdır. Xüsusilə, Qərbin Putinə müxtəlif güzəştlərə getdikdən sonra Gürcüstana, Krıma və Donbasa hücum etməsindən...".


Müəllif: Nemət

Oxşar xəbərlər