Ukraynanın işğal olunan Xerson vilayətində zəmilərdən yığılan taxılın Rusiyaya daşınmasına başlanılıb.
Teleqraf.com xəbər verir ki, bunu regionda Rusiyanın qurduğu hərbi-mülki administrasiya başçısının müavini Kirill Stremousov deyib.
K.Stremousov bildirib ki, regionda həddən çox taxıl var: “İndi insanlar qismən ixrac edirlər, Rusiyadan alanlarla razılaşırlar”.
Region administrasiyası başçısının müavini dəqiqləşdirib ki, o, taxılın satılmaq üçün Rusiyaya ixracını nəzərdə tutur.
O, həmçinin bildirib ki, yerli fermerlər iyunun 20-dən qışlıq taxılın tammiqyaslı yığımına başlayacaqlar.
Daha əvvəl Xerson vilayətindən olanlar “Donetsk Xalq Respublikası”na meyvə-tərəvəz tədarükünə başlamağa hazır olduqlarını bəyan ediblər.