31 May 2022 14:13
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moldovanın Dnestryanı münaqişəsinin nizamlanması üçün prinsipial vacib şərti var - Kişinyovun Avropaya inteqrasiyasına mane olmamaq”.

Teleqraf.com xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

“Kişinov bu münaqişənin həlli üçün prinsipial addımları var. Bizim üçün çox vacibdir ki, istənilən qərar Moldovanın Avropaya inteqrasiya istəklərinə mane olmasın, bu, danışıqlarda bir nömrəli şərt olacaq. Başqa şərtlər də var. Amma bütün bu məsələlərin və fundamental mərhələlərin, eləcə də 5+2 formatında danışıqların müzakirəsi yalnız Ukraynadakı hərbi əməliyyatlardan sonra mümkün olacaq”, - Sandu qeyd edib.

Eyni zamanda, o, Avropaya inteqrasiyanın çox uzun proses olduğunu vurğulayıb:

“Başa düşməliyik ki, Avropa Birliyinə namizəd ölkə statusunu alsaq belə, bu, sabah olmayacaq, bir qədər çəkəcək”.

Sandu Moldovanın Avropa Birliyinə nə vaxt qoşulacağını söyləməkdə çətinlik çəkdiyini deyib və qeyd edib ki, hər şey geosiyasi vəziyyətdən asılı olacaq.

Moldova prezidenti bundan əvvəl Rusiyadan işğal edilmiş Dnestryanı bölgədəki qüvvələrini çıxarmasını tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər