24 İyun 2022 11:54
1 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın aylarda Rusiya və Ukrayna arasında döyüşlərin intensivliyi azalacaq.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı astroloq Valentina Vittrok deyib.

Onun iddiasına görə, avqustunda döyüşkən Mars planeti Əkizlər bürcünə daxil olacaq və bu səbəbdən müharibənin sonu belə ola bilər:

“Bundan əlavə, konstruktiv ünsiyyət, yəni müharibə edən tərəflər arasında sülh müqaviləsinin bağlanması ilə başa çata biləcək danışıqlar dövrü gözlənilir. Çox güman ki, bu, Ukraynanın Müstəqillik Günü (24 avqust) ərəfəsində baş verəcək”.

Vittroka görə, bu razılaşma aralıq və müvəqqəti ola bilər: “Amma buna baxmayaraq, kütləvi və qanlı döyüşlər dayanacaq. Bununla belə, lokal toqquşmalar ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu