24 İyun 2022 20:28
1 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya verilən silahlar döyüş meydanındakı vəziyyəti dərhal dəyişdirə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Hazırda ABŞ-dan Ukraynaya müəyyən sistemlər, eləcə də kiçikmənzilli və məhdud sayda raketlər göndərilir. Amma bu silahlarla Rusiya ərazilərinin vurulmasına icazə verilmir. Bundan əlavə, rus qoşunları konkret hədəflərə hücumlar zamanı Qərbin verdiyi yeni silahların bir qismini, o cümlədən M777 haubitsalarını məhv etməyə müvəffəq olub”, - CNN bildirib.

Amerika telekanalı Rusiyanın ilkin mərhələdə buraxdığı səhvlərdən nəticə çıxardığını iddia edib: “İndi Rusiya hava və qurudan hücumları koordinasiya edir, eləcə də cəbhə xəttində logistika qurub”.

Eyni zamanda, CNN bildirib ki, bu yaxınlarda Ukrayna qüvvələrinə təhvil verilmiş yeni silahlar, o cümlədən HIMARS yaylım atəşi sistemləri döyüş meydanındakı vəziyyəti tezliklə dəyişəcək.

ABŞ kəşfiyyatı hər iki tərəfdən böyük canlı qüvvə və texnika itkiləri proqnozlaşdırır. Amma müharibənin nəhayət zəifləmə mərhələsinə çatdığını da iddia edir.

“ABŞ rəsmiləri hesab edir ki, Rusiya qüvvələri Ukrayna ordusu və NATO-nu zamanla yormaq üçün şərq bölgələrində ağır artilleriya və raket zərbələri ilə intensiv hücumları davam etdirməyi planlaşdırır”, - məlumatda deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu