25 İyun 2022 20:37
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Tərəflər telefon danışığı zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciəti ilə bağlı məsələləri müzakirə ediblər.

Ərdoğan qeyd edib ki, İsveç və Finlandiya terror təşkilatı olan PKK/YPG-yə qarşı konkret addımlar atmalı, o cümlədən Türkiyənin müdafiə sənayesi məhsullarının ixracına qoyulan embarqonu və digər bu kimi məhdudiyyətləri aradan qaldırmalı, gələcəkdə belə addımlara əl atmamaq öhdəliyi götürməlidirlər.


Müəllif: Teleqraf.com