28 İyun 2022 22:56
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Ukraynadakı vəziyyətə görə Rusiya ilə müharibə etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Britaniya Baş naziri Boris Conson deyib.

“Vəziyyətin bu yerə gələcəyini düşünmürəm. Təbii ki, bu durumun Ukraynadan kənara çıxmaması üçün çox çalışırıq”, - baş nazir vurğulayıb.

Bundan əvvəl Britaniya müdafiə naziri Ben Uolles Consondan 2028-ci ilə qədər hərbi xərcləri və ölkənin müdafiə büdcəsini artırmağı istəyib. Nazir hərbi xərclər üçün ildə əlavə 10 milyard funt-sterlinq tələb edir.


Müəllif: Mənsur Rəğbətoğlu