29 İyun 2022 20:09
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin bir neçə günə Ukraynanı ələ keçirəcəyinə ümid edirdi. Amma artıq dörd aydır ki, onun ordusu öz qanında boğulur. Bu itkilər ilk növbədə Ukrayna Silahlı Qüvvələrinin xidmətidir. Ancaq eyni zamanda, on minlərlə öldürülən rus əsgəri ehtiyatsız bir əmrin vicdanında yatır.

Teleqraf.com xəbər verir ki, bu barədə “FreeDom” layihəsinin süjetində deyilib.

Süjetdə bildirilib ki, aprelin əvvəlindən Ukraynadakı rus ordusuna general Aleksandr Dvornikov komandanlıq edib:

“O, Putinin köhnə və sadiq dostudur. Hətta Rusiya qəhrəmanıdır. Talançı ordunun Kiyev və Çerniqov istiqamətlərində tam uğursuzluğundan sonra rus qoşunlara komandanlıq ona tapşırılıb”.

Jurnalistlər Dvornikovun “Suriya qəssabı” kimi tanıdığını deyiblər:

“Putin general Dvornikova böyük ümidlər bəsləyirdi. Qəddar əmrlərə və amansız qətllərə görə ona böyük inam vardı. Çünki Suriyadakı vəhşiliklərə görə “Rusiya qəhrəmanı” adını almışdı. Putinə o qədər yaxın idi ki, şəxsi sanksiyalar siyahısına belə daxil edilib.

Amma bu yaxınlarda məlum olub ki, Dvornikov Ukraynadakı qoşunların komandanlığından qovulub. Onun yerinə Sergey Surovikin təyin edilib. O, 2017-ci ildən Rusiya Hərbi Hava Qüvvələrinə komandanlıq edib, əvvəllər Çeçenistan və Suriyada döyüşüb”.

Süjetdə qeyd edilib ki, Putin öz “xüsusi əməliyyatı”nın komandanlığını daha döyüşkən və daha gənc generala həvalə edib:

“Surovikin döyüş taktikasına görə Dvornikovdan çox da fərqlənmir. "Qəssab" vəzifəsinin bir neçə günündə Kremençukun bir neçə dinc sakinini öldürüb”.


Müəllif: Mənsur Rəğbətoğlu