30 İyun 2022 22:09
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisin Kiyevə verdiyi silahlar heç vaxt Rusiya ərazisinə hücum üçün istifadə edilməməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Mövcud əməliyyat çərçivəsində silahlanmağa və təlim keçməyə davam edəcəyik: heç vaxt Rusiya ərazisinə hücum etməyin, Ukrayna ərazisinin müdafiəsinə kömək edin və ordusunu dəstəkləyin”, - Fransa lideri vurğulayıb.

Bundan əvvəl Makron bildirib ki, NATO ölkələri Ukraynaya iqtisadi, humanitar və hərbi yardımı gücləndirəcək. Onun sözlərinə görə, alyans üzvləri NATO hərbi kontingentinin şərq cinahını artırmaq qərarına gəliblər. Paris də bu çərçivədə Rumıniyada yeni briqada yerləşdirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu