30 İyun 2022 20:11
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziya prezidenti Coko Vidodo rusiyalı həmkarı Vladimir Putinə Ukrayna prezidenti Vladimir Zelenskinin mesajını çatdırdığını bildirib .

Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb .

“Mən prezident Zelenskinin mesajını prezident Putinə çatdırdım və iki lider arasında əlaqə yaratmağa hazır olduğumu bildirdim”, - deyə Vidodo Rusiya-İndoneziya danışıqlarından sonra bildirib.

Bu ilin əvvəlindən Putin 50-yə yaxın ölkənin liderləri ilə 140-dan çox beynəlxalq telefon danışığı aparıb .


Müəllif: Teleqraf.com