1 İyul 2022 16:32
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda qətl və zorlama kimi cinayətlərə görə barələrində ölüm hökmü verilmiş 10 nəfərin edam edildiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran İnsan Haqları Fəalları Agentliyi (HRANA) məlumat yayıb.

Hökmün iyunun 29-da Əlborz əyalətinin Kərac şəhərindəki Rəcaişəhr həbsxanasında icra olunduğu deyilib.

Edam edilənlərdən 8-i qətl, 2-si isə zorlama ittihamı ilə məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.

İran rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Beynəlxalq Amnistiya Təşkilatının mayın 24-də açıqladığı hesabata görə, Çindən sonra dünyada ən çox ölüm cəzası verilən ölkələrdən biri olan İranda 2021-ci ildə 314 nəfər edam edilib.


Müəllif: Mənsur Rəğbətoğlu