5 İyul 2022 09:23
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə qüvvələri Xersonda əlverişli mövqe tutan Rusiya qoşunlarını sıxışdırmağa başlayıb. Ukrayna qüvvələri ehtiyatlı və addım-addım irəliləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Aleksandr Musiyenko məlumat verib.

Onun sözlərinə görə, Rusiya qoşunları müqavimət göstərməyə çalışırlar, amma Ukrayna ordusu inamla irəliləyir. Gələcəkdə azad edilmiş mövqelər daha geniş əks-hücum üçün tramplin ola bilər.

Musiyenko qeyd edib ki, Rusiya ordusu müdafiə xətləri təchiz edib, əraziləri intensiv şəkildə minalayır, Krımdan çoxlu sayda rekativ artilleriya (“Uraqan”, “Smerç”) gətirir, bu da ərazilərin azad edilməsini xeyli çətinləşdirir.

Ekspert bildirib ki, hazırda ən vacib vəzifələrdən biri çox risk almadan tədricən irəliləməklə Ukrayna hərbçilərinin mümkün qədər çox həyatını xilas etməkdir.


Müəllif: Mənsur Rəğbətoğlu