5 İyul 2022 17:53
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun Melitopoldakı hücumu nəticəsində 300 rus hərbçisi yaralanıb, 200-dən çoxu məhv edilib.

Teleqraf.com xəbər verir ki, bunu şəhərin meri İvan Fyodorov deyib.

"Düşmən bazasının darmadağın edilməsi zamanı işğalçıların olduğu kazarmalar, yanacaq-sürtkü, silah-sursat anbarları, eləcə də ona bitişik bir çox tikililər ləğv edilib. Bu, rəsmi məlumat deyil, kifayət qədər etibarlı informasiyadır", - şəhər meri qeyd edib.

Xatırladaq ki, iyulun 3-də yayılan məlumatda Melitopol aerodromunun düşmən hərbi bazası kimi artıq mövcud olmadığı, obyektin Ukrayna hərbçiləri tərəfindən məhv edildiyi açıqlanmışdı.


Müəllif: Nemət