8 İyul 2022 18:00
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ kömək edir, hətta deyərdim ki, çox kömək edir, amma bu, qalib gəlmək üçün kifayət deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bir daha vurğulayıram: kömək edirlər. Bunu yüksək qiymətləndiririk. Amma bu yardımın artmasını və sürətləndirilməsini istəyirik. Biz öz torpağımız üçün vuruşuruq, başqa dövlətin vətəndaşlarının bizim üçün döyüşməsini istəmirik. ABŞ böyük iqtisadiyyatdır, dünya iqtisadiyyatıdır, bizə kömək edə bilər. Həm silahla, həm də maddi cəhətdən”, - Ukrayna lideri qeyd edib.

Zelenski bildirib ki, ABŞ Avropa ölkələrinin qərarlarına müəyyən təsir göstərir:

“Bu da köməkdir. Avropanın bəzi dövlətləri tarazlıq saxlamaq və “yağışda damlalar arasında” olmaq istəyirdilər. Amma ABŞ-ın köməyi sayəsində bizə dəstək verməyə başladılar. Buna görə də mən silahların həcmi və sürəti haqda danışanda ABŞ-ı nəzərdə tutmuram. Bütün dünya liderlərinə müraciət edirəm, deyirəm ki, bu prosesin sürətləndirilməsi ukraynalıların həyatını xilas edəcək və Rusiya tərəfindən işğal olunmuş rayonlarımızın işğaldan azad edilməsinə gətirib çıxaracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu