13 İyul 2022 19:38
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və Yunanıstan Hərbi Hava Qüvvələri birgə təlim keçiriblər.

Teleqraf.com xəbər verir ki, təlimlə bağlı İsrail Silahlı Qüvvələri məlumat verib.

Birgə təlimdə İsrail və Yunanıstan Hərbi Hava Qüvvələrinin müxtəlif, o cümlədən müasir döyüş ssenarilərinə qarşı məşqlərin icra olunduğu bildirilib.

İki ölkənin hava qüvvələri arasında təcrübə mübadiləsi üçün zəmin və fürsət kimi qeyd edilən təlimin İsrail və Yunanıstan arasında əməkdaşlığın və ortaq maraqların təşviqində mühüm nöqtə kimi qiymətləndirildiyi vurğulanıb.

Açıqlamada deyilib ki, təlimlər Yunanıstan və İsrail Hərbi Hava Qüvvələri üçün çətinliklər yaradan potensial əməliyyatlarla yanaşı, müxtəlif ssenarilər qarşısında döyüş hazırlığının artırılmasına da töhfə verir.

Təlimlərin Aralıq dənizi üzərində, İsrailin hava məkanında keçirildiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu