15 İyul 2022 11:03
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü il seçkiləri ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, yenidən prezident seçkilərinə qatılsa, qalib gələcəyinə inandığını deyib.

“Artıq bu mövzuda qərarımı vermişəm, heç bir problem yoxdur”, - Tramp söyləyib.

Tramp qərarının nə olduğunu söyləməsə də, noyabrda Konqresə keçiriləcək ara seçkilərinə toxunub: “Hazırda məni gözləyən böyük qərar bu açıqlamanı seçkidən əvvəl, yoxsa sonra verəcəyimdir”.

“Vaşinqton Post” eks-prezidentin namizədliyini sentyabrda açıqlayacağını yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu