1 Avqust 2022 15:59
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüvə bombası hazırlamaq üçün texniki imlanlarımız var.

Teleqraf.com xəbər verir ki, bunu İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ölkədə nüvə bombalarının istehsalından danışarkən deyib.

O, bildirib ki, İranın nüvə bombası hazırlamaq üçün texniki imkanı var: "Ancaq bizim elə bir proqramımız yoxdur”.

İsrailin İranın nüvə proqramı ilə bağlı əsassız iddialarla ictimaiyyəti çaşdırmağa çalışdığını bildirən İslami qeyd edib ki, İsrailin bu əsassız ittihamları narahatlığa səbəb ola bilər, ancaq bir nəticəyə aparıb çıxarmır: "Çünki biz İran olaraq nüvə fəaliyyətimizdə irəliləyiş əldə etmişik və bundan sonra da irəliləyəcəyik”.

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əməkdaşlığın davam etdiyini və heç bir problem olmadığını bildirən İslami MAQATE-nin İranın nüvə obyektlərini təftiş etmək və nüvə proqramı ilə bağlı məlumat əldə etmək iqtidarında olduğunu bildirib:

"Nüvə sazişinin imzalanmasının səbəbi İranın nüvə fəaliyyətinə qarşı bütün şübhə və ittihamları aradan qaldırmaq idi. Buna görə də biz nüvə proqramımızı məhdudlaşdırmağa və nüvə obyektlərimizdə ciddi yoxlamalar aparmağa razılaşdıq. İndi biz nüvə sazişini canlandırmağa çalışırıq. Qərb ölkələri keçmişdəki əsassız ittihamları gündəmə gətirir. Bu ittihamlar İsrail rejimi və Xalq Mücahidləri Təşkilatı tərəfindən 30 ildir təkrarlanır və heç bir əsası yoxdur”.

İranın ali dini lideri Əli Xamneyinin müşaviri Kamal Harazi iyulun 17-də verdiyi açıqlamada Tehranın texniki cəhətdən nüvə bombası istehsal etməyə qadir olduğunu, lakin bu məsələdə qərar vermədiklərini bildirib.


Müəllif: Nemət