2 Avqust 2022 11:10
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Rusiya Prezidenti Vladimir Putinlə razılığa gəlməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Ukrayna Rusiya işğalının qarşısını almaq üçün Putinlə razılığa gəlməlidir.

Bu ölkədə baş verənlərin çox üzücü olduğunu bildirən Trampın fikrincə, Ukrayna Krımdan imtina etməli və NATO-ya üzv olmamalıdır:

“Mən hakimiyyətdə olsaydım, Putin bunu edə bilməzdi. İndi isə Putinlə razılığa gəlməlidirlər”, - Amerikanın eks-prezidenti vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər