3 Avqust 2022 12:10
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın hücumu nəticəsində Xersonu Krımla birləşdirən dəmir yolu əlaqəsinin işlək vəziyyətdə qalacağı ehtimalı azdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında deyilir.

Hərbi analitiklərin fikrincə, Xerson və ətrafını tərk etmək istəyənlərin sayı artacaq: “Bu, nəqliyyat qovşaqları və marşrutlarda yüklənmə yaradacaq ki, bu da çox güman, nəqliyyatın hərəkətinə nəzarət tədbirlərinin qəbuluna gətirib çıxaracaq”.

Hesabatda qeyd edildiyi kimi, ruslar bir neçə gün ərzində Xerson bölgəsi ilə Krımı birləşdirən dəmir yolu qolunu təmir etməli olacaqlar.

"Rusiya mülki istifadə üçün Xersonda Dnepr çayı üzərində zədələnmiş Antonovski körpüsünün əvəzinə bərə keçidi təşkil edib. Bununla belə, Rusiya silahlı qüvvələri demək olar ki, bundan qoşunların və maddi-texniki təchizatın ötürülməsi üçün istifadə edəcək", - Britaniya kəşfiyyatı yazır.

Qeyd edək ki, bir gün əvvəl Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində 40-dan çox vaqondan ibarət rus texnikası olan eşelonu məhv edib.

Kəşfiyyat məlumatlarına görə, Krımdan Xerson vilayətinə hərbi yük daşıyan Rusiya Dəmir Yolları şirkətinin bütün sürücüləri və mühəndisləri həlak olub.


Müəllif: Nemət

Oxşar xəbərlər